Ermənistan baş naziri Nikol Paşinyanın 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə İstintaq Komissiyasında çıxış edəcəyi tarix açıqlanıb.
“Zirvə yolu” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, iyunun 20-si saat 10-da istintaq komitəsinə dəvət edilib.
N.Paşinyan dəvətə müsbət cavab verib.
Xatırladaq ki, Paşinyan Praqada erməni icmasının nümayəndələri ilə görüşü zamanı İstintaq Komissiyasında iştirak edəcəyini açıqlamışdı.