Təhsil

Türkiyədə keçirilən riyaziyyat yarışmasında Azərbaycan şagirdləri 16 medal qazanıb

Türkiyədə keçirilən riyaziyyat yarışmasında Azərbaycan şagirdləri 16 medal qazanıb.

“Zirvə yolu” xəbər verir ki, ölkənin ilk dəfə olaraq qoşulduğu yarışmada Azərbaycanın 35 şagirdi iştirak edib.

Türkiyənin İzmir şəhərinin ən böyük məktəbi olan Bornovo Anadolu liseyində təşkil olunan yarışmada şagirdlər uğurla çıxış ediblər.

İzmir Ekonomi Universitetində keçirilən mükafatlandırma mərasimində Azərbaycan şagirdlərindən 16 nəfər müxtəlif medallar qazanıblar.

Belə ki, Murad Məmmədli, Sulduz Hacıyev, Toğrul Məmmədli, Alikamal Hasan qızıl, Kamran Allahverdi, Zeynəb Əzizli, Nazim Nağızadə gümüş, Aslan Rzayev, Mehdi Həbibzadə, Tofiq Zeynallı, Nihat Zeynallı, Tunar Həsənzadə, Aydan Babayeva, Məhəmməd Həsənli, Əli Alməmmədli bürünc mükafat qazanıb.

Azərbaycan şagirdlərindən üçü öz yaşıdları arasında dərəcə fərqi yaradaraq Murad Məmmədli qızıl, Sulduz Hacıyev və Toğrul Məmmədli isə gümüş ulduz mükafatını alıblar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir