Səhiyyə

Xaçmazda süd emalı sexinin fəaliyyəti məhdudlaşdırılıb

Xaçmazda süd emalı sexinin fəaliyyəti məhdudlaşdırılıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Xaçmaz rayonu, Ağçay kəndində fəaliyyət göstərən, fiziki şəxs Sultanov Azər Adgözəl oğluna məxsus süd emalı sexində keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Belə ki, sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi və çıxarışla təmin edilmədiyi, sanitar-gigiyena qaydalarına əməl olunmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu və digər nöqsanlar müəyyən edilib. Həmçinin sexdə mənşəyi məlum olmayan süddən hazırlanmış və üzərində etiket məlumatları olmayan, ümumi çəkisi 1500 kq pendir aşkarlanıb. İstehsal edilən pendir məhsulundan nümunələr götürülərək müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aşkarlanmış nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir