Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının əmtəə nomenklaturası 25 vahid artıb
Son 5 ildə Azərbaycanda kənd təsərrüfatı istehsalı və emalı məhsulları ixracının əmtəə nomenklaturası 307-dən 332-yə yüksəlib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.
“2018-2022-ci illər ərzində sənaye məhsulları ixracının əmtəə nomenklaturası 884-dən 1 204-ə, kənd təsərrüfatı istehsalı və emalı məhsulları ixracının əmtəə nomenklaturası isə 307-dən 332-yə yüksəlib. Bu göstərici qeyri neft-qaz sahəsində ixrac edilən məhsulların müxtəlifliyinin artmasını və ixrac potensialının genişləndirilməsini ifadə edir”, – nazir qeyd edib.