Dünya

İranın Kermanşah əyalətində atışma olub, Sepahın bir hərbçisi ölüb, 2-si yaralanıb

İranın Kermanşah əyalətinin İslamabad şəhərinin qərbində baş verən atışma nəticəsində İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) hərbçisi Mehdi Şahməliki ölüb, daha iki hərbçi isə yaralanıb.

“Zirvə yolu” “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Sepahın müvafiq korpusunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, hadisə hərbçilərin həmin əraziyə şübhəli şəxsi həbs etmək üçün getdikləri zaman baş verib.

Bu zaman qarşı tərəf təslim olmayaraq onlara atəş açıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir