Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) təhsil nazirlərinin iclasında Azərbaycanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov təmsil edir.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
10:49
Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) təhsil nazirlərinin növbəti iclası keçirilir.
“Zirvə yolu” xəbər verir ki, bu barədə TDT-dən bildirilib.
Qeyd olunub ki, bu, TDT təhsil nazirlərinin 7-ci iclasıdır.
Tədbirə Özbəkistan Təhsil Nazirliyi ev sahibliyi edir.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.