Dövlət Departamenti: “İran insan alverinə qarşı mübarizənin minimum standartlarına cavab vermir”
İran insan alverinin minimum standartlarına cavab vermədiyi üçün Vətəndaşların Müdafiəsi Aktında üçüncü kateqoriyaya aid edilən dövlətlər sırasındadır.
“Zirvə yolu” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin builki hesabatında bildirilib.
Məlumata görə, hesabatda İranla yanaşı, 23 ölkə, o cümlədən Rusiya, Çin, Venesuela, Kuba, Suriya və Şimali Koreya da insan alverinin minimum standartlarına cavab vermədiyinə görə Vətəndaşların Müdafiəsi Aktında üçüncü kateqoriyaya aid dövlətlər siyahısına daxil edilib.
Hesabata əsasən, üçüncü kateqoriyaya daxil edilən ölkələrdən 11-i, o cümlədən İran, Əfqanıstan, Şimali Koreya, Suriya və Rusiya insan alverinin hökumətlə əlaqəli tibbi xidmətlər şəklində məcburi əmək, yaxud başqa sektorlar, hökumət düşərgələrində cinsi köləlik və ya uşaq əsgərlərin işə götürülməsi də müşahidə olunub.
Bildirilib ki, müharibədən əziyyət çəkən yalnız üç ölkə – Liviya, Somali və Yəmən üçüncü səviyyəli ölkələrdən daha pis vəziyyətdədir.
Hesabata əsasən, İran dünyanın “İnsan, xüsusilə də qadın və uşaq alverinin qarşısının alınması, cəzalandırılması Protokolu”na üzv olmayan 12 ölkədən biridir. Bu protokol BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Konvensiyasını da tamamlayır.