Cəmiyyət

Cavid Qurbanov ONU QORUYA BİLƏCƏKMİ… – İDDİA

Bu gün ölkəmizin əleyhinə şər-böhtan yazanların, iftira atanların dəqiq koordinalarını müəyyən etməyin və onlara qarşı konkret tədbir görməyin zamanı çoxdan çatıb.
Bilmək lazımdır ki, bu işdə bu iqtidarın “çörəyini yeyənlər”in, bütün hakimiyyət imtiyazlarından istifadə edənlərin sayı heç də az deyil, əksinə daha çoxdur.
Bunun bir adı var: arxadan zərbə. Son günlər aktuallığı ilə seçilən mövzular arasında Kəlbəcərin Ağdaban kəndinin adı da çox hallanır. Çox maraqlıdır ki, bu hakimiyyətdən ən çox fayda görən bölgələrdən biridə Kəlbəcərin tanınmış şəxsləridir.
Bu gün hakimiyyətin yüksək, orta səviyyəsində xeyli Kəlbəcərli var. Ölkə rəhbərliyinin də Kəlbəcər sakinlərinə xüsusi qayğısı göz önündədir. Bəs görəsən ölkədə aparılan siyasətin həmin şəxslərə mənfi təsiri nədir?…
Əlimizdə olan dürüst məlumata görə, ölkəmizin əleyhinə kənardan aparılan bütün işlərin kökündə konkret olaraq Kəlbəcərin Ağdaban kəndindən olan məmurun dayandığı sübuta yetirilir… Bu tip mənfur şəxslər zaman-zaman olub. Bunlar xarici qüvvələrin muzdlu nökərləridir. Bir vaxtlar bu mənfur əməlin başında Ramiz Mehdiyevlər, Əli Həsənovlar dayanırdı.
İndi deyəsən baş rollar dəyişib, ortaya yeni muzdlu fiqurlar çıxıb. Və bunların statusu titullu şəxslər səviyyəsindədir. Güman edirik ki, Cavid Qurbanovun bu məsələ ilə bağlı öz mövqeyini açıqlaması tələb olunacaq. Bir neçə gün öncə başlanan araşdırma nəticəsiz qalmamlıdır.
Bu məsələdə yəqin ki, Kəlbəcərin icra başçısı Azər Qocayevin də başı ağrıyacaq. Görəsən, bu məsələdə Cavid Qurbanov, qohumu Azər Qocayevə kömək edə biləcəkmi..?
Əlimizdə tutarlı məlumatlatın olmasına baxmayaraq məsələnin yüksək dairələrdə müzakirə olunmasının nəticəsini gözləyirik.
Məsələnin aktuallığını nəzərə alaraq mövzunu diqqətdə saxlayacağıq. //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir