Meksika sahillərində Kaliforniya körfəzində 6,6 maqnitudada zəlzələ qeydə alınıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 136 min nəfər əhalisi olan San Xose del Kabo şəhərindən 144,5 km şərqdə, mənbə 33 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami xəbərdarlığı verilməyib.