Manşet Təhsil

Sabahdan 28 min müəllim üçün sertifikasiya imtahanı başlayır

Sabahdan 28 min müəllim üçün sertifikasiya imtahanı başlayır.

“Zirvə yolu”nun xəbərinə görə, bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

Onun sözlərinə görə, onlardan 8500 nəfəri Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfəri isə ibtidai sinif müəllimləridir.

Direktor bildirib ki, sabah gün ərzində, səhər və günorta olmaqla iki seans təşkil ediləcək.

R.Əzizov söyləyib ki, yaşı 60-dan yuxarı olan 5700-dən çox müəllim sertifikasiya imtahanında iştirak etməyəcək: “Onlara göndərilən dəvətlər ləğv olunub”.

O əlavə edib ki, test mərhələsi 13 şəhərdə yaradılan 23 mərkəzdə baş tutacaq:

“Sertifikasiya imtahanlarından uğur qazanan müəllimlərin əməkhaqlarına əlavələr olacaq. Gələcəkdə digər motivasiya xarakterli addımlar da olacaq. Belə ki, direktor və direktor müavinləri seçimində sertifikasiya balı nəzərə alınacaq. Eyni zamanda məktəbəsaslı metodist xidməti üçün sertifikasiyadan keçən müəllimlərə üstünlük veriləcək”.

Xatırladaq ki, Elm və Təhsil Nazirliyi tərəfindən sentyabrın 15-dək 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir