Hövsan Mədəniyyət Mərkəzinin təmiri naməlum səbəblərdən dayandırılıb.
Zirveyolu.info Qaynarinfo-ya istinadla xəbər verir ki, Mərkəzin təmirinə 2 il əvvəl başlanlmışdı. Bununla bağlı Mədəniyyət Nazirliyinə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılmışdı.
İndi məlum olur ki, Mədəniyyət Mərkəzində aparılan təmir işləri qəfil dayandırılıb.
Ərazidə yaşayan sakinlər deyir ki, xeyli müddətdir Mədəniyyət Evində təmir işləri aparılmır. Bu isə binanın acıqnacaqlı vəziyyətə düşməsinə səbəb olub.
Sakinlər deyir ki, Mədniyyət Mərkəzinin yaxınlığındakı park da yararsız vəziyyətdədir: “Təmir adı ilə buranı pis günə qoyublar. İndi təmir də getmir. Park da yararsız vəziyyətə düşüb”.
Xatıladaq ki, bu məsələ aprel ayında da gündəmə gəlmişdi. Həmin vaxt Hövsan Mədəniyyət Mərkəzinin direktoru Vasif Rəhimov demişdi ki, bu il Mərkəzin təmir olunması üçün Mədəniyyət Nazirliyinə müəyyən vəsait ayrılıb: “Yeni nazirin də xəbəri var. Apreldən sonra büdcə təsdiqlənəndə tikinti davam etdiriləcək”.
Artıq iyun ayıdır. Amma hələ də təmir işləri başlamayıb.