Ruslan Ağamirzəyev Zaur Mikayılovla işləmək istəmədi… – Kəmaləddin Heydərov ona YENİ VƏZİFƏ VERDİ
Zirveyolu.info bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, Ruslan Çoban oğlu Ağamirzəyev FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini təyin edilib.
Qeyd edək ki, Ruslan Ağamirzəyev 1975-ci ildə Yardımlı rayonunun Köryədi kəndində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji kəşfiyyat fakültəsinin Dağ mühəndisliyi – Hidrogeologiya ixtisasını bitirib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 30 mart 2023-cü il tarixli fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.
DİA.AZ-dan: Görünəni odur ki, Kəmaləddin Heydərov Ruslan Ağamirzəyevə yeni vəzifə verməklə daha çox ikincinin arzusunu reallaşdırıb. Yəni anlaşılanı budur ki, Ruslan Ağamirzəyev Zaur Mikayılovla işləmək istəməyib və yaxud da uzun müddətə Zaur Mikayılovla işləyə biləcəyinə inanmayıb. Ona görə də belə bir qərarın verildiyi ehtimalı yaranır.
Çünki əslində, mart ayında Fövqəladə Hallar Nazirliyinin (FHN) tabeçiliyindən alınan Su Ehtiyatları Dövlət Agentliyinin kollektivi hələ də görəv başında saxlanılır və kimsəyə toxunulmayıb…