Cəmiyyət

`Bakı-Praqa` MMC-nin `Жигулевское пиво`su niyə saxtadır? – ARAŞDIRMA

Bakı şəhər sakini Azər Mirzəyevin redaksiyanın elektron poçtuna göndərdiyi iki fakt ətrafında araşdırma apardıq… “Xahiş edirəm, media olaraq araşdırın, “Xırdalan” pivəsini içəndən sonra adamda keylik və halsızlıq müşahidə olunur… Özünüz bunu mağazalardan alaraq içib canlı müşahidəçi ola bilərsiniz… Görəsən, bu pivənin içərisinə nə qatırlar? Axı dükanlarda xaricdə istehsal olunmuş çoxnövlü pivələr satılır. Rusiyanın məşhur “Baltika” pivələri ən ideal sayıla bilər. Bu növ pivənin özünəməxsus aromatı və dadı var, içdikdə xoşhallıq gətirir, nəinki başgicəllənməsi və ya halsızlıq…”,- deyən şikayətçinin daha bir maraqlı açıqlaması var. Söhbət Bakının Novxanı kəndində (üzərində hüquqi ünvan belədir) istehsal olunan “Жигулевское пиво» yazılmış və “Bakı-Praqa” MMc-yə məxsus pivədən gedir.

Yenə də oxucumuz təklif edirdi ki, bu pivədən alıb içə və yazdığı iradların nə dərəcədə haqlı olduğunun şahidi ola bilərik.

Beləliklə, adıçəkilən pivə haqqında vacib irad: “…Bu “Жигулевское пиво»nun üzərində 4,2 faizli spirtə malik olması yazılıb. Lakin içiləndə spirtinin ən azı 2-3 faiz olduğu görünür. Məsələn, eyni 0,5 litrlik “Baltika-6” pivəsini içəndə spirt faizinin gercək 6 olduğu aydın olur. Və ən yüksək faizli pivə isə “Baltika-9″dur və bu pivənin bir butulkasını içmək ən azı 45 qram spirt (təxminən 120 qram araq) araq içməyə bərabər təsirə malikdir. Lakin Bakının Novxanı kəndində yerləşdiyi bildirilən “Жигулевское пиво»nu içəndə isə 4,2 faiz spurtli olması qəti inandırıcı deyil və bu istehlakçını aldatmadır. Hətta pivənin üzərinə iri şriftlə “Ekstraktivliyi 11 faiz” yazılmaqla istehlakçını aldatma reklamçılığı vardır… Bu rəqəmi hardan uydurublar??? Hətta bu rəqəm adətən, içkilərin üzərində spirt dərəcəsini bildirmə kimi gözəgirən formada verilir ki, istehlakçı aldığı içkinin spirt tündlüyünü bilsin…”.

Redaksiya əməkdaşları şikayətçi- istehlakçının söylədiklərinin həqiqətə uyğunluğunu dəqiqləşdirmək üçün adı çəkilən pivədən nümunə kimi 3 butulka alaraq istifadə etdilər. Fakt təsdiqini tapırdı… Və ən vacibi, apteklərdən spirtölçən alaraq spirtin faizini öyrəndik: təxminən 2-2,8 faiz!

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət etdik. Cənab E.Hüseynovla bu mövzu ətrafında geniş açıqlama olacaq…

XXX

Ümumiyyətlə, dünyada spirtli içkilərdə spirtin faiz standartı necə olmalıdır? Bu barədə sosial mediada Dünya Səhiyyə Təşkilatının (DST) hesabatlarına rast gəldik. Rəsmi məlumat belə idi: “… DST-nin məlumat bankında hər bir ölkənin bütün əhalisinin – 15 yaşından yuxarı bütün yaşlarda olan kişilər, qadınlar, içənlər və içməyənlərin birlikdə istehlak etdiyi pivə, şərab, spirtli və başqa içkilərin məcmusuna əsaslanır. DST təxmin edir ki, pivə və ya sidrin orta parçındakı spirt 5 faiz, şərablarda 12 faiz, araqlarda və ya spirtli içkilərdə 40 faiz, tündləşdirilmiş şərablarda 17,5 faqiz və sakedə 9 faizdir.

XXX
Buna əlavə, DST “qeydiyyatsız içkilərin” – evdə çəkilmiş və ya qaçaqmalı yolu ilə gətirilmiş və ya insan istehlakı üçün nəzərdə tutulmayan mənbələrdən gələn içkilərin istehlakını da hesablamağa cəhd göstərir. Bəzi ölkələr üçün rəsmi kateqoriyadan daha böyük olan (ən yüksək rəqəm Moldova üzrədir) bu ikinci kateqoriya bütün başqa hesablamalar işə yaranmayanda “ekspert rəyindən” istifadə ilə tərtib edilir. Bunun nəticəsi olaraq bu səhifədəki statistika bəzi hallarda qeyri-müəyyəndir. Metodların və etibarlılıq fərqlərinin təfərrüatları üçün lütfən DST-nin saytına baxın.

Hər bir içkidə təxminən nə qədər alkoqol vahidi var?

Bir qədəh tünd spirtli içkilər (25ml): 1 vahid
Standart (175ml) şərab fujeri: 2.1 vahid
Böyük (250ml) şərab fujeri: 3 vahid
Bir parç 4%-li pivə: 2.3 vahid
Bir parç 5%-li pivə: 2.8 vahid
Bir parç tünd sidr (8%): 4.5 vahid” və sair.
Beləliklə, redaksiya məsələnin aidiyyəti dövlət qurumlarında araşdırılmasının tərəfdarıdır… Hesab edirik ki, ortada istehlakçıların kütləvi aldadılması faktı vardır və Azərbaycan qanunvericiliyində bu əməlin sanksiyası nəzərdə tutulub.
Məsələyə aydınlıq gətirilməsi üçün adı çəkilən “Жигулевское пиво»nun etiketində qeyd edilən 0123483687 nömrəli telefona zəng vurduq, telefon dəstəyini götürən bildirdi ki, bura pivə zavodu deyil…
Bəs bu zavod real olaraq harada yerləşir və istehsal texnologiyasına aidiyyəti dövlət qurumlarının nəzarəti hansı səviyyədədir?
“Təzadlar”ın Araşdırma Qrupu

`Bakı-Praqa` MMC-nin `Жигулевское пиво`su niyə saxtadır?
`Bakı-Praqa` MMC-nin `Жигулевское пиво`su niyə saxtadır?

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir