Manşet Siyasət

Azərbaycanın kənd təsərrüfatı naziri Türkiyəyə gedib

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türkiyəyə rəsmi səfərə gedib.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycanın Ankaradakı səfirliyindən bildirilib.

O, qardaş ölkənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı ilə görüşüb.

Nazirlər kənd təsərrüfatı və su məsələləri ilə bağlı müzakirə aparıblar.

Danışıqların sonunda Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Sənədə M.Məmmədov və İ.Yumaklı qol çəkib.

Qeyd edək ki, M.Məmmədov bu il aprelin 14-də kənd təsərrüfatı naziri vəzifəsinə təyin olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir