Manşet Siyasət

Rəsmi Bakı: “Qarabağın erməni sakinlərinə ünvanlanan dəvət hələ də qüvvədədir”

“Azərbaycan erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq zəruri tədbirlər həyata keçirməkdə qərarlıdır, bu və digər məsələlərin müzakirəsi məqsədilə erməni sakinlərə ünvanlanmış dəvət hələ də qüvvədədir”.

“Zirvə yolu” xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan baş naziri Nikol Paşinyanın hökumətin iyunun 22-də keçirilən iclasında çıxışı zamanı səsləndirdiyi fikirlərə dair şərhində əksini tapıb.

“Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni əsilli sakinləri ilə dialoqunda “beynəlxalq mexanizm”in tətbiq olunmasına və bu çərçivədə erməni əsilli sakinlərin “hüquqları və təhlükəsizliyi” məsələlərinin həll edilməsinə dair çağırışlarla bağlı bir daha vurğulayaq ki, erməniəsilli sakinlərlə dialoq, habelə Azərbaycan ərazisində, Azərbaycan qanunları çərçivəsində yaşayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məsələsi Azərbaycanın daxili işidir” – XİN-dən vurğulanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir