İdman

Avropa Oyunları: Azərbaycan taekvondoçusu yarımfinala yüksəlib – YENİLƏNİB – 2

Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.

“Zirvə yolu”nun məlumatına görə, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsində bolqarıstanlı Lyubomir Boqdanovla üz-üzə gəlib.

Rəqibini 2:0 hesabı ilə üstələyən Dadaşov yarımfinala yüksəlib. O, finala gedən yolda İsveç təmsilçisi İbrahim Marvanla qarşılaşacaq.

Azərbaycanın digər taekvondoçusu Qaşım Maqomedov (58 kq) eyni raundda ispaniyalı Adrian Visente ilə görüşəcək.

13:40

Azərbaycanın daha üç taekvondoçusu Polşada təşkil olunan III Avropa Oyunlarında ilk görüşünə çıxıb.

“Zirvə yolu”nun məlumatına görə, qadınlardan Patimat Abakarova (49 kq) və Minayə Əkbərova (46 kq) məğlub olublar.

Onlar müvafiq olaraq Sufarada Kisskalta (Almaniya) və Sofiya Zampettiyə (İtaliya) yeniliblər.

58 kq-dakı Qaşım Maqomedov isə Aymen Açnineyə (Niderland) qalib gələrək 1/4 finala yüksəlib.

Qeyd edək ki, daha əvvəl 54 kq-dakı Səyyad Dadaşov ilk qarşılaşmada qələbə qazanıb.

12:19

Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada təşkil olunan III Avropa Oyunlarında ilk görüşünə çıxıb.

“Zirvə yolu”nun məlumatına görə, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində almaniyalı Xalid Abdel Halimlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Dadaşov 1/4 finala yüksəlib. O, növbəti raundda bolqarıstanlı Lyubomir Boqdanovla görüşəcək.

Qeyd edək ki, bu gün Qaşım Maqomedov (58 kq), Minayə Əkbərova (46 kq) və Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir