İdman

“Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb

“Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb.

“Zirvə yolu”nun əldə etdiyi məlumata görə, Premyer Liqa klubunun müdafiəçi Ruan Renato ilə danışıqları nəticəsiz qalıb.

Braziliyalı oyunçu rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib. 29 yaşlı arxa xətt oyunçusu daha yüksək məbləğdə maaş tələb etdiyindən, tərəflər başa çatan sözləşmənin yenilənməməsini qərara alıblar.

Qeyd edək ki, 2023/2024 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Qəbələ” yay fasiləsində Ramon Maçado, Məqsəd İsayev, Andrey Strijak, Səlahət Ağayev, Rövlan Muradov və Felipe Santosla da yollarını ayırıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir