Cəmiyyət

KTN- DƏ 25000 MANATLIQ RÜŞVƏT ITTIHAMI-ŞƏHID ANASI İSRAIL SƏFIRLIYINƏ MÜRACIƏT ETDI

1.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
2.İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirinə
3.Media Orqanlarının rəhbərlərinə
Tovuz rayonu,Vahidli kənd sakini, Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı tərəfindən
Müraciət.
Cənab Prezident!
Hörmətli Səfir.
Hörmətli Media Orqanlarının rəhbərləri.
Nəzərinizə çatdırıram ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xdmətlər Agentliyinin Laboratoriya, Ekspetiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru, ixtisasca neft mühəndisi olan, işlədiyi təşkilatı tamamilə rüşvətxorluq və korrupsiya yuvasına çevirərək bərbad vəziyyətə salan, dövlət büdcəsini rəsmən qarət edən Rəşad Vahabzadənin tələb etdiyi 25000 manat rüşvəti verə bilmədiyimizə görə peşəkar mütəxəssis, alim-aqronom olan oğlum Həsənov Naməddin Tofiq oğlunun əmək müqaviləsinə 01.10.2021-ci il tarixindən müqavilənin müddətinin başa çatmasını əsas götürərək xitam veriblər. Qeyd edim ki, oğlumun üç azyaşlı uşağı var və qoca, xəstə, daimi müalicəyə ehtiyacı olan şəhid anası onun himayəsində
yaşayır, ailədə yeganə işləyən oglum idi. Min dəfələrlə qeyd etdiyim kimi bu qeyri- qanuni hərəkətdir. Çünki Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarının 3.2.9 bəndində qeyd olunur ki, idarə və təşkilatlarda ixtisar gedərsə şəhid ailəsi üzvlərinə üstünlük verilir, əgər müəssisənin fəaliyyəti tam dayandırılarsa bu halda şəhid ailəsi üzvü digər təşkilatda işlə təmin olunmalıdır. Bildirirəm ki, Nazirlər Kabinetinin, yəni hökumətin qərarında yazılanlara istisnasız əməl edilməlidir və qeyd edirəm ki, oğlumun işlədiyi təşkilatda heç bir ixtisar getməyib, əksinə idarə daha da genişləndirilib və oğlumun yerinə heç bir təcrübəsi olmayan, vətən müharibəsində iştirak etməyən, Rəşad Vahabzadənin maraqlarını ödəyən birini təyin ediblər.

Mənə pis təsir edən isə odur ki, həmin təşkilatda yeganə şəhid və Qarabağ
veteranı qardaşı mənim oğlum idi və onu da işdən azad etdilər. Əksinə müharıbədə iştirak etməyənlər, qeyri-peşəkarlar, qeyri- ixtisas sahibləri, neft mühəhdisləri və hətta hərbi xidmətdə belə olmayanlar həmin təşkilatda iş başındadırlar. Bu isə məndə belə bir şübhə yaradır ki, yəqin mənim övladlarım ermənilərə güllə atmaqda səhv ediblər və ona görə də şəhid ailəsini cəzalandırırlar.
Bildirirəm ki, bu günə qədər etdiyimiz minlərlə müraciətimizə cavab olaraq Kənd Təsərrüfatı nazirliyinin sabiq Aparat rəhbəri, hal-hazırda Aqrar Xidmətlər Agentliyinin sədr müavini, Biləsuvar rayonunun həbs olunan icra başçısının qara kassası, Biləsuvar rayonunda min hekterlarla torpaq sahəsini qucaqlayan, Bakı şəhərində 150000 manat dəyəri olan maşınla at oynadan oğlunu «komissovat» etdirib «neqodnı» hərbi bilet alan, həmin oğlunu Dövlət Qulluğu haqqında qanunun tələblərini pozaraq Kənd Təsərrüfatı nazirliyinin kadrlar şöbəsinə baş məsləhətçi təyin etdirən, sonra isə bu məsələnin içtimailəşməsindən çəkinərək oğlunu Milli Banka köçürmə yolu ilə işə düzəldən Rəfael Quliyev bildirir ki, oğlunuzun əmək müqaviləsinin uzadılmasını məqsədə uyğun hesab etmirik, amma vətən uğrunda ölməyiniz məqsədə uyğundur.
Cənab Prezident!
Artiq Rəşad Vahabzadə və Rəfaei Quliyev kimi üzdəniraq məmurlar bizim
uğrunda canımızı verdiyimiz ölkəmizdə yaşamağımıza imkan vermirlər. Ona görə Sizdən xahiş edirəm ki,mənim və ailə üzvlərimin ölkə vətəndaşlığından imtinamızı qəbul edəsiniz.
Cənab Səfir!
Xahiş edirəm mənim və ailə üzvlərimin İsrail Dövlətinin vətəndaşlığına qəbul edilməyimizə köməkdarlıq edəsiniz.
Həsənova Ceyran Məhəmməd qızı.
Şəhid və Qarabağ veteranı anası.
Tovuz rayonu, Vahidli kəndi.
Deryaz.az


Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir