2022-ci ilin dekabr ayından bəri Laçın yolu vasitəsi ilə təxliyə olunan ermənilərin sayı açıqlanıb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Bildirilir ki, “Qırmızı Xaç” ötən ilin sonundan bəri 520-dən çox erməni pasientə kömək edib.
“Eyni zamanda 600-ə yaxın insanın ailələri ilə qovuşmasına dəstək verilib, tibb müəssisələri üçün uşaq qidaları, ərzaq bağlamaları və dərman ləvazimatları da çatdırılıb”, – açıqlamada qeyd olunur.