Dünya

Müəllim 20 il işə getmədi, maaş aldı: Bunu necə etdi?

İtaliyada Cinziya Paolin De Lio adlı müəllim 20 il işə getmədiyi üçün işdən qovulub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Venesiya yaxınlığındakı orta məktəb rəhbərliyi ədəbiyyat və fəlsəfə dərsi vermək üçün bir qadın işə götürüb. Lakin o, məktəbdə dərs demək əvəzinə xəstəlik məzuniyyətindən, müntəzəm məzuniyyətdən və konfranslarda iştirak etmək icazəsindən istifadə edib.

De Lio işə getdiyi nadir anlarda tədrisin keyfiyyəti arzuolunan dərəcədə olmayıb. Məlum hal var ki, onun iş üsulları məktəb müfəttişlərinin diqqətini çəkib və onlar onun dərslərini “çaşqın” adlandırıblar. O, həm də təhsil prosesində improvizə etməkdə ittiham olunub.

Digər problem Cinziyanın dərslərində iştirak etmək istəməyən şagirdlərin tətil etməsidir. Şifahi imtahan gedən zaman telefonla danışan və mesaj göndərməklə məşğul olan müəllimi onları qəzəbləndirib.

Bundan əlavə, bir dəfə o, heç bir halda real vəziyyətə uyğun olmayan qiymətlər verərək məktəbliləri şoka salıb. Həmçinin iş zamanı dərslərin materialını bilmədiyi üçün uşaqlardan dərslik götürüb.

Nəhayət, pis davranışına görə məktəbdən qovulsa da, məhkəmənin köməyi ilə o, işə qayıda bilib. Buna baxmayaraq, işə diqqətsiz münasibət ucbatından məhkəmə sonradan anlayıb ki, Cinziya 24 ildən cəmi 4 il işində olub. Buna görə də hakim müəllimin məktəbə qayıtmasının ləğv edilməsinə qərar verib və bunu Ali Baş Prokurorluq da dəstəkləyib.

Səs-küylü qalmaqaldan sonra jurnalistlər De Liodan müsahibə almağa çalışsalar da, o, “çimərlikdə məşğul olduğu” üçün imtina edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir