Cəmiyyət

`ARKOZ` Holdingdə kütləvi ixtisarlar: Naxçıvanda böhran DAVAM EDİR – “Bundan sonra nə edəcəyimi bilmirəm…”

 Naxçıvanda fəaliyyət göstərən “Arkoz Holdnq”də kütləvi ixtisarlar başlayıb. İxtisarlar əsasən holdinqə daxil olan “Bellissa Mebel” fabrikində baş həyata keçirilir. Bu fabrikdə son həftədə 40 nəfərin işdən çıxarıldığı bildirilir. İxtisara səbəb, fabrikiə yeni sifarişlərin verilməməsidir. Fabrikdən bildirilib ki, sifariş ala bilmədiklərindən, işçilərin maaşını ödəmək gücündə deyillər. Bu barədə “Gündəlik Naxçıvan”a işdən çıxarılan əməkdaşlar məlumat verib. Şikayətçilər deyir ki, işdən çmıxarmaqla yanaşı, fabrik onlara ödənməyən iki aylıq maaşı verməkdən də imtina edir.
İxtisara düşən S. İmanov deyir ki, işdən çıxarılsa da onun əmək kitabçası özünə qaytarılmayıb:
“ Bir neçə ildir mən “Bellissa Mebel”də işləyirəm. İki aydır maaşımı ala bilmirəm. İndi də işdən çıxarıblar. Bəhanə edirlər ki, sifariş yoxdur. İşdən çıxarırlarsa, həm maşımızı verməlidirlər, häm də Əmək Məcəlləsinin qanunlarına görə, ən az 3 aylıq konpensasiya verməlidirlər. Əmək kitabçamızı da vermirlər. Qorxurlar ki, məhkəməyə müraciət edərik. Çıxılmaz vəziyyətdəyik, edəcəyimizi bilmirik. Deyirlər ki, gedin, məşğulluğa yazılın. Məşğulluq isə ali təhsillilərə iş vermir, təhsilsizlərə isə süpürgəçilikdən başqa bir şey təklif etmir. Ali təhsilim olsa da, iş tapa bilmədiyim üçün mebel sexində işə düzəlmişdim.”
Digər şikayətçi Q. Səfərov da işdən çıxarılmaqla bağlı lazımi sənədləri ala bilmədiyini, buna görə Əmək Müfəttişliyinə müraciət etdiyini deyir:
“İş olmadığı üçün işdən çıxarıldığımı bildirirlər. Hələlik işdən çıxmağımla bağlı qanuni sənədləri də vermirlər ki, rəsmi səbəbi bilim. Son ki gündə 20 nəfəri qeyri-qanuni işdən azad ediblər. Əmək müfətdişliyinə də zəng etmişik. Hələlik reaksiya verilməyib. Deyirlər ki, iş olmadığı üçün ixtisara düşmüşük. İxtisara düşmüşüksə, Əmək Məcəlləsinə görə iki ay qalan maisimiz hesablanmalı, şirkətlə heablaşma pulumuzu və ən azı 3 ay maaşımızı almalıyıq. Amma bizə xoş getdiniz deyirlər. Şikayətimizə də baxan yoxdur. Bundan sonra nə edəcəyimi bilmirəm. Bizim də ailə, uşağımız var. Onların təminatını ödəmək lazımdır,axı. İş tapa bilməsəm məcburam ki, Naxçıvanı tərk edəm”.
Holdnqə məxsus digər müəssisələrdə də ixtisarların başladığı bildirilir.

​“Gündəlik Naxçıvan”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir