Prezident İlham Əliyev “BakuBus” MMC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 30 aprel 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.
“Zirvə yolu” xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuraya sədrlik edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyevi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov əvəz edib.