Milli Məclisin növbədənkənar sessiyasının iyulun 6-da keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb.
“Zirvə yolu” xəbər verir ki, gündəliyə 49 məsələ daxil edilib.
Həmin məsələlər aşağıdakılardır:
1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsi.
2. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
3. “Banklar haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
4. Mülki Məcəlləyə dəyişiklik layihəsi (üçüncü oxunuş).
5. Vergi Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).
6. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş).
7. “Banklar haqqında” , “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “İnvestisiya fondları haqqında” qanunlara dəyişikliklər layihəsi (üçüncü oxunuş).
8. “Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
9. “Kredit ittifaqları haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
10. “Poçt haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
11. “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
12. “Kredit büroları haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
13. “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
14. “İnvestisiya fondları haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
15. “Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
16. “Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
17. “İcbari sığortalar haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
18. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
19. “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
20. “Publik hüquqi şəxslər haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
21. “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
22. “Hesablama Palatası haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
23. “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
24. “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
25. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
26. “Auditor xidməti haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
27. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
28. “İcra haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş).
29. Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi.
30. İnzibati Prosessual Məcəlləsinə dəyişiklik layihəsi.
31. Seçki Məcəlləsinə dəyişiklik layihəsi.
32. “Aqrar sığorta haqqında” qanuna dəyişiklik layihəsi.
33. “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” qanuna dəyişiklik layihəsi.
34. “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna dəyişiklik layihəsi.
35. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik layihəsi.
36. “Reklam haqqında” qanuna dəyişiklik layihəsi.
37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik layihəsi.
38. “Büdcə sistemi haqqında” qanuna dəyişiklik layihəsi.
39. “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
40. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (ikinci oxunuş).
41. “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
42. “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
43. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
44. “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
45. “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
46. “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş).
47. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi (ikinci oxunuş).
48. “Dövlət satınalmaları haqqında” qanun layihəsi (ikinci oxunuş).
49. Vergi Məcəlləsinə, “Energetika haqqında”, “Büdcə sistemi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” qanunlara dəyişiklik layihəsi (ikinci oxunuş).