Cəmiyyət Manşet

Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub

Yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,7 maqnitudada zəlzələ olub.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar Bakı və digər şəhərlərdə də hiss olunub.

00:15

Xəzər dənizində 5,4 maqnitudada zəlzələ baş verib.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəz məlumat yayıb.

Yeraltı təkanların episentri Xaçmaz rayonundan 46 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib. Zəlzələ o cümlədən Bakı və Abşeron yarımadasında, eləcə də şimal bölgəsində hiss olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir