Braziliyanın “Korintians” klubunun futbolçusu Luan azarkeşlərin hücumuna məruz qalıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi tviter hesabında bildirib.
Klub bu məsələnin araşdırılmasını istəyib və oyunçuya dəstək olacaqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, fanatlar 30 yaşlı yarımmüdafiəçinin komandadan göndərilməsini istədikləri üçün bu addımı atıblar. Luan iki dəfə Braziliya millisinin də formasını geyinib.