Siyasət

Nərimanov Tibb Mərkəzi ilə bağlı hüquqi araşdırma başladılmalıdır… – İLGİNC İDDİALAR…

Nərimanov Tibb Mərkəzinin baş direktoru, 5 saylı Xəstəxananın baş həkimi Fazil Alməmmədovla bağlı ilginc faktlar üzı çıxmaqdadır… “Təzadlar”ın ötən saylarında (eləcə də qəzetin eyni adlı rəsmi saytında) Nərimanov Tibb Mərkəzinin baş direktoru, 5 saylı Xəstəxananın baş həkimi Fazil Alməmmədovla bağlı ilginc faktlara istinadla araşdırma yazı dərc edilmişdir. Adı çəkilən hər iki qurumdan olan şikayətçilərin redaksiyamıza verdiyi məlumatlarda inanılmaz faktlar qeyd edilirdi. Onların bir çoxu istintaq araşdırmasının predmeti olduğundan araşdırılması üçün tərəfimizdən aidiyyəti hüquq mühafizə orqanlarına rəsmi qaydada göndərilməkdədir… Lakin bəzi faktlar var ki, bu barədə “Media haqqında” Qanunun tələblərinı uyğun olaraq jurnalist mövqe və şərhləri verilməkdədir…
5 saylı Xəstəxananın əsaslı təmirinə ayrılan milyonlar və baş həkim Fazil Alməmmədovun bu təmirdəki rolu…
Beləliklə, “Təzadlar”ın araşdırmalarından sonra məlum olur ki, “İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİ” PUBLİK HÜQUQİ ŞƏXS tərəfindın Nərimanov Tibb Mərkəzinin tabeliyindəki 5 nömrəli şəhər kliniki xəstəxanasının əsas inzibati binası, korpus və köməkçi binalarının yenidənqurma layihəsi ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin” satın alınması” üçün tender elan edilib… 27 oktyabr 2022-ci ildə Dövlət Agentliyi, hətta bu tenderdə qalib elan edilmiş “SOFT-CONSULTING” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə də bağlayıb, adı çəkilən MMC-yə135.035,31 AZN pul vəsaiti də ayrılıb.
İndi sual yaranır: təkcı layihə sənədinə 135 min manat ayrılmış xəstəxananın görəsən əsaslı təmirinı nə qədər vəsait ayrılıb və məntiqlə vı müqavilı şərtlərinə görəş artıq xəstəxanada təmir başlamalı idi… Lakin “Təzadlar”ın əməkdaşları bu gün 5 saylı xəstəxanada olublar və rəhmətlik Brejnevin vaxtından qalan unitazlar, cırılmış linoliumlar, san-uzel avadanlığı, çirkab içində olan palata divan- korovatları və s. öz yerindədir…
Yeri gəlmişkən, əməkdaşlarımızın xəstəxanada tibb personalı ilə söhbətləri isə ayrıca yazının mövzusudur. Onlar baş həkimin barəsində inanılmaz faktlar söylədilər… Bu barədə də az sonra…
Bəs Nərimanov Tibb Mərkəzinin tabeliyindəki 8 saylı poliklinikada təmir nə yerdədir?
“…Nərimanov Tibb Mərkəzinin baş direktoru Fazil Alməmmədovun xeyir-duası ilə bizim poliklinikanın da təmirinı neçə aydır pul ayrıldığını eşidirik, amma səs-soraq yoxdur…”.
Bu sözlər isə adı çəkilən Tibb Mərkəzinin işçilərinin elektron poçtumuza göndərdikləri şikayət məktubundandır…
Bəs onların narazılığı nədəndir? Məlum olur ki, “İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİ” PUBLİK HÜQUQİ ŞƏXS “”Nərimanov Tibb Mərkəzinin” tabeliyindəki Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, 11 ünvanında yerləşən 8 nömrəli Şəhər poliklinikasının inzibati binasının yenə də əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi xidmətlərinin” satın alınması üçün “TFM-SMART PROJECT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ilə tender elan edib… Və MMC gözlənildiyi kimi qalib olub. Təsəvvür edin, 70.670,2 AZN pul adi bir poliklinikanın layihə- smeta sənədlərinin təmirinə (25.10.2022) ayrılırsaş görün təmirinə nə qədər vəsait silinməlidir…
Baş həkim Fazil Alməmmədova bu da bəs etməyib… Özünün baş direktoru olduğu “NƏRİMANOV TİBB MƏRKƏZİ” PUBLİK HÜQUQİ ŞƏXSİ də yaddan çıxarmayıb. Beləliklə, Nərimanov Tibb Mərkəzi tərəfindən tikili və avadanlıqların cari təmiri xidmətlərinin satın alınması üçün “SMART BUILDING” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 13.09.2022-ci ildə tenderə girir, həmin MMC qalib də çıxır… Və 99.854,54 AZN pul da belə gedir…
– Bəs tenderdə qalib çıxarılan “SOFT-CONSULTING”, “TFM-SMART PROJECT” və “SMART BUILDING” kimi MMC-lərin Fazil Alməmmədova nə kimi bağlılığı var???
(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir