Türkiyənin XİN başçısı: “Azərbaycan Qoşulmama Hərəkatının sədri vəzifəsinin öhdəsindən uğurla gəldi”
“Azərbaycan Qoşulmama Hərəkatının sədri vəzifəsinin öhdəsindən uğurla gəldi”.
“Zirvə yolu” xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında çıxışı zamanı deyib.
“Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çox çətin bir zamanda, müharibələr və münaqişələr dövründə qəbul edib. Bu, çox çətin bir iş idi”, – o deyib.
H.Fidan Qoşulmama Hərəkatının fəaliyyətinin irqçilik, neomüstəmləkəçilik və bir çox başqa problemlərə qarşı mübarizəyə töhfə verdiyini vurğulayıb.