Azərbaycan Dillər Universitetinin İstehlakyönlü müxtəlif xidmətləri ( katriclərin doldurulması) ilə bağlı elan etdiyi tender başa çatıb.
Tenderin qalibi “Azimut Təchizat” MMC olaraq 24.658,46 AZN qazanıb.
Əldə etdiyimiz məlumata görə, Azimut Təchizat MMC-nin hazırda dövlətə 9 min manata yaxn vergi borcu mövcuddur.
Adıçəkilən şirkətin nizamnamə kapitalı 20 AZN, qanuni təmsilçisi isə GÜLNARƏ CƏFƏROVA ZAİR QIZIdır.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.
Bildirək ki, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulladır.32gun.az