Son bir neçə ildir ki, dünyada ciddi iqlim dəyişikliyi prosesləri baş verməkdədir. Yəni, ilin müxtəlif fəsillərində qeyri-adi hava şəraitinin olması və bunun qarşlığında yaşadığımız həyatda müxtəlif xoşagəlməz fəsadların baş verməsi qaçılmaz olur. Adicə bir faktı qeyd edək ki, ötən illərdən fərqli olaraq son bir neçə ildir ki, qış fəslində qar yağmır, yaxud da isti yay günlərində anormal istilər bir çox dünya ölkələrini, o cümlədən bizim ölkəmizi də ağuşuna alır. Son günlər isə respublikamızın bögələrində yağan aramsız yağışlar, baş verən çay daşqınları və s. bir daha iqlim dəyişikliyinin varlığını sübuta yetirir. Söz yox ki, bütün bunları qarşılığında ən çox əziyyət çəkən, zülmə düçar olan imkansız təbəqənin insanları olurlar. Diqqəti cəlb edən hal odur ki, bir tərəfdən iqlim dəyişikliyi prosesləri nəticəsində insanlar zərbə alırlar, digər tərəfdən isə, bəzi işbazlar yaranmış fürsətdən sui-istifadə istifadə edərək öz maraqlarını təmin etməyə çalışırlar. Məsələn, hal-hazırda isti yay günləridir və günlər keçdikcə anormal istilər özünü göstərməyə başlayır. Belə bir səbəbdən də, istər paytaxt sakinlərinin, istərsə də bölgələrdə yaşayanların həm içməli suya, həm də suvarma suyuna ciddi ehtiyacları duyulur. Bəli, belə bir vaxtlarda daha çox paytaxt sakinlərini aldatmaqla məğşğul olan bir çox işbazlar içməli su biznesinə girişməklə milyonlar qazanırlar. Adicə bir faktı qeyd edək ki, bu gün içməli su biznesi bazarında yer tutan və «AQUA LUXE» adı altında satılan sular istehlakçıların aldadılması ilə nəticələnməkdədir. Məsələn, bəzi media qurumlarında yayılan məlumatlardan aydın olur ki, Gülnar Kərimova adlı bir xanım «AQUA LUXE» şirkətindən su sifariş verir və buna görə qarşı tərəfdən sertifikat da tələb edib. Sifarişçinin belə bir tələbi əsasında «AQUA LUXE»nın istehsalçılarından olan F/Ş Quliyev Məhəmməd Nazım oğlu 06 yanvar 2021 -ci il tarixli 01-Q-00383 Qeydiyyat nömrəli, hansı ki, Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları sayəsində fəaliyyət göstərən subyektlərin reyestrindən verilmiş ÇIXARIŞı həmin şəxsə göndərirlər. Məsələnin maraqlı tərəfi odur ki, həmin Çıxarış Kərimov Sultan Elxan oğlunun adına olur və xidmət növü olaraq «qablaşdırılmış içməli su» deyə təsdiq olunur. Hətta, məhsulun kodu 11071 nömrəsi göstərilir və suların bidonlarda deyil, yalnız butulkalarda qablaşdırması göstərilir. Bəs bu gün nələr baş verir? Baş verən o olur ki, «AQUA LUXE» şirkəti istehlakçılara satdığı suların şollar suyu olduğunu iddia edirlər və suları daha çox bidonlarda qablaşdırırlar.
Bütün bunlar ciddi qanun pozuntusunun varlığından xəbər verir. Ona görə də ümidvarıq ki, aidiyyatı dövlət qurumları istehlakçıları aldadan «AQUA LUXE» şirkəti ilə bağlı lazımi araşdırmalar aparıb, baş verən, yaxud da qol qoyulan hər cür qanunsuzluqların qarşısının alınması yöndə əməli addımlarını atacaqlar. Yəqin ki, o halda fırıldaqçı su tacirlərinin fırıldaq yolu ilə həyata keçirdikləri “çirkli biznes”ə son qoyulacaq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.
Deryaz.az