Dünya

Ərdoğan Putinin Türkiyəyə səfər edəcəyini təsdiqləyib, müzakirə olunacaq əsas məsələni açıqlayıb

“Rusiyalı həmkarım Vladimir Putinin gələn ay Türkiyəyə səfəri gözlənilir”.

“Zirvə yolu” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvada keçiriləcək NATO sammitinə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, görüşdə “Taxıl sazişi” müzakirə olunacaq: “Ukrayna öhdəlikərini yerinə yetirməyə hazır olduğunu bildirib. Əminəm ki, Putin də eyni mövqeyi nümayiş etdirəcək”.

Qeyd edək ki, sammit sabah, iyulun 11-də başlayacaq və 2 gün davam edəcək.

Toplantıda müzakirə ediləcək əsas mövzular Ukraynadakı müharibə və İsveçin Alyansa üzvlüyü olacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir