Bakıda avtomobil ehtiyat hissələrinin satışı mağazasında yanğın olub.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 190 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının sahəsi 12 m² olan anbarının yanar konstruksiyaları və içərisində avtomobil ehtiyat hissələri yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.