Azərbaycanda rəsmi qurumların nağdsız ödənişləri təbliğ etdiyi aydın olsa da, buna qarşı aşkar müqavimət göstərənlər də var. DİA.AZ bildirir ki, belə qurumlardan biri də LukOil YDM-ləridir. Artıq neçənci dəfədir ki, müştəriləri bu YDM-lərdə kartla alış-verişə süni əngəl yaradılmasından gileylənir. Bu qəbildən olan növbəti şikayəti təqdim edirik.
“Bu Lukoil-dən hər cürə fırıldaq gördük də”. DİA.AZ bildirir ki, bu barədə “Müştərinin Səsi” sosial qrupundakı paylaşımında Elçin Həsənov adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: “Gecə saat birdi.” Sədərək” TM-yə gedən yoldakı “zapravka”ya girmişəm. İşçi soruşdu ki, kartla ödəyəcəksiniz… deyrəm, hə.. dedi, kart işləmir.
Əsəbləşdim ki, işləmir nədi… Badamdardan düşmüşəm o boyda yolu benzin vurmağa… kart işləmir deyirsən.
Tərslikdən məndə də nağd yoxdu. Dedim, məndə də benzin yoxdu, maşın qalacaq burda.
2 dəqiqədən sonra gəldi ki, vur kartla yaxşı…
Demək kartla ödəniş qəbul etməməkdə məqsəd başqadı… Belə başa düşürəm…”
İddia olunanlarla bağlı Zamantv.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…