Dünya Manşet

Volodimir Zelenski və Cozef Baydenin müzakirə edəcəyi məsələlər açıqlanıb

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Cozef Baydenin sabah, iyulun 12-də keçirəcəkləri görüşdə hansı məsələlərin müzakirə olunacağı açıqlanıb.

“Zirvə yolu”nun xəbərinə görə, Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib ki, liderlər Ukraynaya silah tədarükünün sürətləndirilməsi barədə danışacaqlar.

“Görürük ki, əks-hücum əməliyyatları üçün bizə texnika, o cümlədən aviasiya komponentləri və uzaqmənzilli raketlər lazımdır. Prezidentlərin müzakirə edəcəyi növbəti məsələ Rusiyanın itkiləri olacaq”, – müşavir vurğulayıb.

Onun sözlərinə görə, Rusiya bu savaşda mütləq uduzmalıdır.

M.Podolyak söyləyib ki, V.Zelenski digər liderlərlə də görüşəcək: “Lakin təhlükəsizlik tədbirləri səbəbindən detalları açıqlaya bilmərəm”.

Qeyd edək ki, V.Zelenski ilə C.Bayden sabah NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində bir araya gələcəklər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir