Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Zirvə yolu”nun məlumatına görə, hadisə Xəzər rayonunun Buzovna qəzəsəbəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1982-ci il təvəllüdlü İsmayılova Radmila xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.