Cəmiyyət

Binəqədidə DYP rəisi hansı qanunla işləyir? – ÖZBAŞINALIQ!

Binəqədi rayonunun, Dövlət Yol Polisi Şöbəsində vətəndaşların bəxti heç vaxt gətirməyib. Binəqədi rayonunun Dövlət Yol Polisi Şöbəsində rəis Aydın Muradovdan tutmuş, Mərdan Əliyevə qədər. O Mərdan Əliyev ki, hal-hazırda Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Şöbəsinin rəisi vəzifəsində işləyir.

Son zamanlar eşitdik ki, Binəqədi rayon Dövlət Yol Polisi şöbəsinə Bakı Beynəlxalq Avtovağzalının indiki direktoru, Nəsimi rayonunun keçmiş Dövlət Yol Polisi şöbəsinin rəisi olmuş, Qəhrəman Qələndərovun oğlu Vüsal Qələndərov rəis təyin olunub.

Bu təyinatdan sonra camaat düşündü ki, vəziyyət düzələcək. Heç də elə olmadı, Binəqədi Rayon Dövlət Yol Polisi İdarəsində süründürməçilik davam edir, insanlar dəstə-dəstə Binəqədi Rayon Yol Polisi İdarəsinin qarşısında növbə gözləyirlər. Səhər saatlarında baş vermiş hadisəyə görə, vətəndaşlar saat 5-ə qədər gözləyərək, sənədlərini geri ala bilmirlər. Baxmayaraq ki, bütün sənədlərin hazırlanması yüksək texnalogiyaların inkişafı sayəsində sürətlə aparılır. Məhz buna görə də, hər hansı bir hadisənin araşdırılaraq vətəndaşın sərbəst buraxılması 1 saatdan da az vaxt çəkə bilər. Amma Binəqədi Rayon Dövlət Yol Polisi İdarəsində bu belə deyildir. Məhz buna görə də, adı çəkilən şöbədə yoxlamaların aparılması vacibdir.

Binəqədi Rayon Dövlət Yol Polisi şöbəsinə yeni rəis təyin olunmasına baxmayaraq, orada nazirliyin və idarənin xidməti yoxlamasına zərurət yaranmışdır.
Aidiyyati qurumlardan xahiş edirik ki, məsələnin ciddiliyini nəzərə alıb, öz münasibətlərini bildirsinlər. //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir