İyulun 19-da Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun ikinci turniri keçiriləcək.
“Zirvə yolu” Federasiyadan verilən məlumata görə xəbər verir ki, yarışda 50 klub, cəmiyyət və idman təşkilatından olan 200-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarışda 7 çəki dərəcəsində qaliblər bəlli olacaq.
Qeyd edək ki, bu il üç belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançı 22-24 sentyabrda keçiriləcək Bakı Böyük Dəbilqə turnirinə vəsiqə qazanacaq.