Cəmiyyət

“Kontakt Home” bu millətlə KONTAKTA NİYƏ GİRƏ BİLMİR? – GİLEY

“Kontakt Home” Vətən müharibəsi iştirakçılarına kreditlə məhsul satmaqdan imtina edir.

Tribunainfo.az yazır ki, bu barədə Türkan adlı xanım bildirir. O bildirib ki, həyat yoldaşı hərbçidir və o, Vətən müharibəsi iştirakçısı olduğu üçün kreditlə avadanlıq ala bilmirlər:

“Kontakt Home”-dan şikayətim var. Demək, paltaryuyan götürmək istədik kreditə. Yoldaşım hərbçidir, Lənkəran qeydiyyatldır, lakin Ağstafada qulluq edir.

"Kontakt Home" bu millətlə KONTAKTA NİYƏ GİRƏ BİLMİR?

Kreditmə mal almaq üçün “Kontakt Home”a iki dəfə müraciət etdik. Dedilər, əlaqə saxlayacağıq. Ancaq saxlamadılar.

Özümüz Nəsimidə yerləşən filiala getdik, hərbi vəsiqə tələb etdilər. Onu da verdik, yenə dedilər ki, əlaqə saxlayacağıq. Üstündən 1 həftədən çox vaxt keçib. Nə çağırırlar, nə zəng edirlər.

“Kontakt Holme”, siz krediti kimlərə verirsiniz? Reklamlarda arayışsız tək şəxsiyyət vəsiqəsi ilə kredit vəd edirsiniz. Amma yaxınlaşanda az qalır 5 zamin çağırasız.

Dövlət işində işləyib 1100 manat maaş alan hərbçi, Vətən müharibəsi istirakçısına niyə kreditlə məhsul vermirsiniz?”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir