Dövlət Gömrük Komitəsinin sabiq rəhbəri, qalmaqallı fəaliiyətinə rəğmən əl qolunu sallayaraq gedən Səfər Mehdiyevin “qurduğu sistem” hələ sağdır…
Nədir bu sistem? Necə işləyirdi və indi necə fəaliyyətdədir?
Bəs, qurumun yeni rəhbəri Şahin Bağırov bu sistemi dağıda bilmir? Bir başa sonuncu suala cavab verək – Xeyr…
Beləliklə, Gömrükdə baş verən “köhnə qaydalar” indi yenilərin təkrarına çevilib…
Nə baş verir?
İlk öncə ondan başlayaq ki, Dövlət Gömrük Komitəsinin sabiq şefi Səfər Mehdiyevin zamanında Gömrük rəsmiləşdirilməsinin bir başqa qaydaları var idi. Pulunu verib, rahatlıqla işini görə bilərdin. Hesab kitab itmişdir, qayda-qanun hamsı pula söykənirdi. Bəyənnamə, rüsum, vergi hamsı öz qaydalarına uyğun həyata keçirilirdi.
Bütün bunlarla yanaşı Gömrükdə “qanunsuz şirkətlər” deyilən bir termin də var idi. Gömrük generalları, nazirlər, icra başçıları, deputatlar yaxın adamlarının adına şirkətlər yaradır və öz bizneslərini bu şirkətlərin üstündən idarə edir, vergidən yayınırdılar.
Belə şirkətlərə “adnarazıvı şirkətlər” də deyirdilər. Anbarı yox, vergi və DSMF ödəmələri yox, işçisi yox. Bir dəfə adına mal vurulur, yükə baxış keçirilmir, bahalı və ya ucuz olduğu nəzərə alınmır, pulu alınıb buraxılır. Bu zaman dövlət büdcəsinə 5 manat, Gömrükdəki məmurun cibinə 1 milyon, adına şirkət açılan şəxsə isə 300-500 manat pul çatırdı. Ən böyük qazanc isə şirkətin əsl sahibinə – məmura çatırdı. Beləcə hamı qazanırdı, dövlət itirirdi.
Biz sözlə, qazanan Gömrük məmuru ilə şirkətin əsl sahibi, yəni hansısa məmur olurdu.
Məhz bu əməllərin aradan qalrıdılması, nəzarətdən çıxmış vəziyyəti düzəltmək, Gömrük rusumlarının doğru-düzgün toplanmasına nail olmaq və gəlirlərin məmurların cibinə deyil büdcəyə yönəlməsini təmin etmək, ən əsası bu biabırçılıqdan qurtulmaq məqsədilə Səfər Mehdiyev gec də olsa görəvdən uzaqlaşdırıldı. Bir neçə general həbs edildi.
Bu arada gömrüyə nəzarət mexanizmlərinin həyata keçirilməli olan Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin rəhbəri Azər Məmmədovu da xatırlamaq lazımdır. Çünki, qanunsuz şirkətlərin fəaliyyətinə göz yuman elə Azər Məmmədovun rəhbəri olduğu qurum idi. Adından da göründüyü kimi, Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti bu şirkətlərin fəaliyyətini dərindən yoxlaya, aidiyyatı qurumlar qarşısında məsələ qaldıra, fəaliyyətinə qadağa qoya bilmə səlahiyyətlərindədir. Amma Azər Məmmədov bunu etmirdi. Səbəbləri də aydındır…
Nəhayət, Dövlət Gömrük Komitəsinə bu sistemi bilən, əvvəllər də bu sahədə çalışan Şahin Bağırov gətirildi… Bir müddət sədr əvəzi kimi işləyən Bağırov Gömrük sistemində kadr islahatları həyata keçirməyə başladı. Mehdiyevin təyin etdiyi idarə rəisləri işdən uzaqlaşdırıldı. Hətta yayılan məlumatlara görə, Komitənin bütün işçilərini sərəncama göndərdi və yenidən formalaşdırdı. Bu o demək idi ki, Dövlət Gömrük Komitəsi yenidən quruldu. Nəhayət onu Dövlət Gömrük Komitəsinə sədr təyin etdilər… Bu zamana kimi, onun kadr islahatları bitdi, özünün idarəetmə sistemini qurdu və sairə…
Yəni, Gömrük yeni sistemdə, yeni kadrlarla, yenidən fəaliyyətə başladı
Quruldumu?
İndiki Şahin Bağırov sistem işləkdirmi?
Bizimxeber.az-a daxil olan məlumata görə, Mehdiyevin zamanında olan problemlər qismən aradan qaldırılsa da bunlar texniki xarakterlidir. Yəni, yüklərin terminallara sistemli qəbulu, sənədləşmə işində tezləşdirmələr, “ciddi yoxlamalar” və sairə… Bir növ ayda ildə bir dəfə Gömrüyə işi düşən vətəndaşların məmnuniyyəti üçündür. Böyük sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı bir başqa sistem var ki, onu sadə vətəndaş görə bilməz… Böyük sahibkarlar üçün böyük qaydalar var…
Məlumata görə, indi Mehdiyevin zamanındakı “qanunsuz şirkətlər sistemi” dövriyyəyə qayıdır. Hətta atrıq qayıdıb.
Məlumata görə, bu kimi şirkətlərin fəaliyyətinə yenə “yaşıl işıq” yandırılıb.
Bildirilir ki, yenə qanuni fəaliyyət göstərən, anbarı, işçisi olan, vergilərini vaxtında ödəyən, düzgün bəyannamə ilə ölkəyə yük gətirən, ödəmələrini edərək büdcəni dolduran əsl şirkətlər, məmurların kimlərinsə adına açdığı “şirkətlərin” əsirinə çevirilir. Üstəlik bu qanunsuz fəaliyyət sürətlə piyasaya qayıdır.
Belə şirkətlərin yükləri yenə yoxlanmır, sayılmır, bəyannaməsi düzgün yazılmır. Nəticədə yenə kimlərsə qazanır və büdcəyə ziyan vurulur.
Bu zaman yada yenə Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinin rəhbəri Azər Məmmədovun fəaliyyətsizliyi düşür.
Əslində Gömrükdə həbslərin bir ucu Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə yönəlməli idi. Amma olmadı və bəlkə də yenidən şans verildi…
Yenəmi, Azər Məmmədov? Bu qədər həbslər qorxutmadımı? Bu yekəlikdə etimad azlıqmı edir? Dövlət Gömrük Komitəsinin rəhbəri Şahin Bağırov da belə məmurların oyununa düşəcək, yaxud düşüb?
Axı, cənab Prezidentin ona görsətdiyi etimad Gömrük sisteminin tam şəffavlıqla işləməsi və gəlirlərin yalnız büdcəyə yönəlməsinə nail olmaq üçün edilib. Axı, Şahin Bağırovun öz kadrlarını yüksək postlara yerləşdirib və deyilənə görə, onlar peşəkardılar. Qanunsuz fəaliyyət göstərən şirkətlərlə mübarizə aparmaq, bu məsələni birdəfəlik, kökündən həll etmək çətindirmi? Görünür çətindir, yaxud əvvəlkilər kimi hamı qazanmaq, öz şəxsi büdcəsini artırmaq istəyir. Ya da Gömrük hələ də kimlərinsə yaxşı qazanc yeri olmaqda davam edir.
Qanunsuz fəaliyyət göstərən şirkətlərin yaratdığı başqa bir problem də var. Ölümə aparan yol… Belə ki, məmurların kasıb insanları aldadaraq adlarına açdıqları bu şirkətlərin milyon manatlarla vergi borcu yaranır. Bu məmurlar pul qazanır və vergi ödəmir. Külli miqdarda borc kasıb adamın adına açılmış şirkətə yazılır. Nəticədə borcunu verə bilməyən insanlar intihar belə edirlər. Belə hallara dəfələrlə rast gəlinib.
Həmçinin, belə qanunsuz şirkətlərin “Yaşıl Dəhliz” sisteminə ayaq açdığı ilə bağlı məlumatlar da var. Bu barədə daha ətraflı növbəti yazılarımızda məlumat verəcəyik…
Qanunsuz fəaliyyət göstərən şirkətlərin “Yaşıl Dəhliz”ə buraxılması əsl cinayətdir…
Yaşıl Dəhliz” nədir?
“Yaşıl Dəhliz” buraxılış sisteminin əslində məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.
Beləliklə, bir daha xatırladaq ki, Gömrükdə yenə qanunsuz fəaliyyət göstərən şirkətlərin sayı artmaqdadır. Üstəlik bu şirkətlərin fəaliyyəti dövlət büdcəsinə böyük ziyan vurur, Belə şirkətlərin vergi borclarını, vurduqları ziyanı hesablamaq, geri almaq və diğər fəaliyyətləri həyata keçirmək mümkünsüzdür. Bu şirkətlərin auditini aparmaq belə müşküldür. Çünki gətirdikləri yüklərin miqdarı bəyannamədə az göstərilir, dərhal da buraxılır və satıça yönəlir. Bundan sonra bu şirkətlərin fəaliyyətini araşdırmaq, vurduqları ziyanı müəyyənləşdirmək mümkünsüz olur.
Sayları artdıqca, dövlətə xeyir vermək istəyən, qanuni fəaliyyət göstərən şirkətlərin fəaliyyətinə əngəllər yaranır. Gömrükdə monopoliya sistemi geri qayıdır və bunu kimsə görmək istəmir, hətta Şahin Bağırov da…
Bizimxeber.az