Aİ-nin XİN başçıları bu gün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə edəcəklər
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri bu gün Brüsseldə keçiriləcək görüşdə Ukraynaya hərbi yardım və təhlükəsizlik təminatları, Türkiyə və Çin ilə münasibətlər kimi məsələlərlə yanaşı, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını da müzakirə edəcəklər.
“Zirvə yolu” xarici mətbuata istinadən xəbər verir ki, XİN Şurasının əsas iclası üç mövzuya həsr olunacaq. Bura Ukraynadakı münaqişə, iqtisadi təhlükəsizliyin xarici siyasət aspekti və Türkiyə ilə münasibətlər daxildir.
Məlumata görə, günün ikinci yarısında Aİ xarici işlər nazirləri ABŞ Dövlət katibi Antoni Blinkenlə geniş spektrli məsələlər üzrə onlayn müzakirə aparacaqlar. Blinkenlə müzakirələr üçün dəqiq gündəm olmasa da, Ukrayna münaqişəsi və Çinlə münasibətlər ətrafında fikir mübadiləsinin davam etdiriləcəyi gözlənilir.
Görüşün sonunda nazirlər cari məsələləri, o cümlədən Çin, Latın Amerikası və Karib hövzəsi ölkələri ilə iyulun 17-18-də keçirilmiş sammitin nəticələrini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və s. məsələləri müzakirə edəcəklər.