İdman

Azərbaycan millisinin sabiq futbolçusu Ukrayna Premyer Liqasında çıxış edəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Dmitri Nağıyev yenidən Ukrayna Premyer Liqasında çıxış edəcək.

“Zirvə yolu” xəbər verir ki, 28 yaşlı sağ cinah müdafiəçisi “Obolon”la anlaşıb.

Nağıyev yeni komandası ilə 1 illik müqavilə imzalayıb. Oyunçu “Obolon”da 33 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Ukraynanın “Dnepr” klubunun yetirməsi olan Dmitri Nağıyev 2021-2022-ci illərdə Azərbaycanda “Sumqayıt”ın formasını geyinib. Onun sonuncu komandası Ukraynanın birinci liqa təmsilçisi “İnqulets” olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir