Dünya

Cənubi Afrika Respublikasında partlayış nəticəsində azı 41 nəfər xəsarət alıb

Cənubi Afrika Respublikasının Yohannesburq şəhərinin mərkəzində baş verən partlayış nəticəsində azı 41 nəfər xəsarət alıb.

“Zirvə yolu”nun “News24” portalınə istinadən məlumatına görə, bu barədə Qautenq əyalətinin baş naziri Panyaza Lesufi məlumat verib.

“Yohannesburqun mərkəzindəki biznes rayonunda baş verən partlayışda azı 41 nəfər yaralanıb”, – rəsmi bildirib.

Zərərçəkənlərdən ikisinin vəziyyətinin olduqca ağır, 9 nəfərin vəziyyətinin ağır olduğu, qalan 30 nəfərin isə yüngül xəsarətlərlə xilas olduğu bildirilir.

Partlayışın səbəbi hələ müəyyən edilməyib. “Egoli Gas” qaz şirkəti partlayış nəticəsində küçənin altından keçən qaz kəmərinin zədələndiyini, lakin hadisənin boru ilə əlaqəli olmadığını iddia edib. Qeyd edilib ki, kiçik sızma qısa zamanda aradan qaldırılıb.

Bundan əlavə, şəhər hakimiyyəti partlayış yerinə bitişik evlərin sakinlərinin təxliyə edildiyini açıqlayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir