Ötən ayın 23 iyun tarixində Ağdam rayon sakinləri İcra Hakimiyyətinin qarşısında toplaşıb aksiya etmişdirlər.
Sakinlərin şikayəti kəndlərdə evlərin dam örtükləri, həyətlər-bacalar, küçələr güclü yağışdan yararsız hala düşməyindən onlara icra qurumu tərəfindən yardım olunmadığından irəli gəlmişdir.
O zamanlarda Ağdam rayon sakinləri icra başçısının qəbulunda olmaq istəyiblər. Onlar icra başçısından evlərinə dəyən ziyanın aradan qaldırılmasına köməklik etməsini istəsələr də, rayon sakinlərini İcra Başçısı Vaqif Həsənov qəbul etməmişdir.
Hələ də rayon sakinləri iddia edirlər ki onların problemləri həll olunmayıb. Ağdam İcra Başçısı Vaqif Həsənov evlərinə zərər dəyən Ağdam sakinlərini dinləməkdən yayınır.
Zirveyolu.info Hurriyyet.az saytına istinadla xəbər verir ki, sözügedən provblemlə bağlı sakinlər Prezident İlham Əliyevə təkrar müraciət ünvanlayıblar və köməklik edilməsini istəyiblər.
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…