Kənd sakinlərinin sözlərinə görə, İltifat adlı meşə gözətçisi meşədə qırıntılarda əsas şübhəli şəxsdir. Onun Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi və Lerik rayonun hüquq-mühafizə orqanları tərəfindən himayə olunduğu yayılan məlumatlar sırasındadır. Bu səbəbdən sözugedən meşə qırıntılarında İltifatın adı hallandırılmır.
Məlumata görə, cənub meşələrində tender yolu ilə sekvestr agacları da İltifat Bakıya daşıtdırır. Sekvestr adı ilə işlik materiallar üçün meşələrdə kütləvi qırıntılar etdiyi bildirilir.
Bu yerdə xatırlatmağa dəyər ki, adı çəkilən Bırkandul kəndinin seçki komissiyasının sədri olan İltifat Hüseynov özünü ictimaiyyətə “fəal vətəndaşlıq mövqeyinə malik ziyalı” kimi təqdim edərək, uzun illərdir ki, “meşələrin mühafizəsinə qalxaraq” sözün həqiqi mənasında demaqoqluq yolu ilə bir növ “toxunulmazlıq statusu” qazanıb. Hətta bir dəfə media dövriyyəsinə belə bir məlumat buraxdı ki, guya yuxarı instansiyalara etdiyi şikayətlərə, müraciətlərə, teleqrammaya görə Lənkəran 1 saylı ekologiya şöbəsinin Xəzər adlı məsul işçisi ona hədə qorxu gələrək ərizələrini geri götürməyə, teleqrammadan imtina etməyə məcbur etmək istəyib. Hərçənd, bəlli olmuşdur ki, bu adamın ətrafında xeyli sayda brokanyerlər var və İltifat Hüseynov onları maliyyələşdirir, onlar da meşələrdən qırıntı edərək materıal şəklində sataraq pulu İltifat Hüseynova verirlər. Zamanında dəfələrlə Lerik meşə təsərrüfatı idarəsinin baş meşəbəyisi Eyvaz Babayev tərəfindən İltifat Hüseynova məxsus olan materiallar saxlanılaraq müsadirə olunmuşdur. İltifat Hüseynov qırdığı ərazilərdən çıxarkən oradan fotolar və videolar çəkərək KİV-lərə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərərək, yerli idarələri bu işləri həyata keçirməkdə ittiham edirdi. Hansı ki, bu işlər onun özünə məxsusdur.
Məlumatlarda o da qeyd olunur ki, Lerik meşələrində yanğına səbəb olanlar İltifat Hüseynov və onun dəstəsinin üzvləridir. Onlar meşələri yandırmaqla vaxtı ilə doğradıqları ərazidə izi itirmək istəyiblər.
İltifat Hüseynovun özünə məxsus “Ural” markalı yük avtomobili var və adam hələ də meşələri qırmağa davam edir.
İltifat Hüseynov bir vaxtlar, hətta bir qrup şəxsləri təlimatlandıraraq Bakıya nazirliyinin qarşısında aksiya keçirmək üçün gəlməyə sövq edirdi. İltifat Hüseynov seçki məntəqəsinin sədridir və hakimiyyət qurumları ilə münasibətlərindən sui-istifadə edərək neqativlər yaratmaq üçün çalışır.
İltifatın işdəycələrindən məlumatlı olan Lerik sakinləri bütün KİV- ləri diqqətli olmaya çağırır. İltifat Hüseynov rəhbər vəzifələrdə çalışan şəxslər barəsində həqiqətə uyğun olmayan məlumatlar göndərməklə, media haqqında xoşagəlməz mif yaradır. Məqsədi insanları üz-üzə qoymaq və bundan yararlanmaqdır.
İbrahim Hümbətov //azerinfo.media//