Bu gecə Moskvanın müxtəlif yerlərində güclü partlayış səsləri eşidilib.
“Zirvə yolu” yerli teleqram kanallara istinadən xəbər verir ki, şəhərə dron hücumu olub.
Yayımlanan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür. Belə ki, Lixaçov küçəsində yerləşən biznes mərkəzində partlayışlardan sonra tüstü və kiçik yanğın görünür. Komsomolski prospektində binalardan birində pəncərələr qırılıb, yol polis əməkdaşları tərəfindən bağlanıb.
Həmçinin şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı da bildirilir.
Rusiyanın TASS agentliyi Komsomolski prospektində dron qalıqlarının aşkarlandığını təsdiqləyib.
Hadisədə ölən və ya yaralananların olmadığı vurğulanıb.
Qeyd edək ki, hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib.