Cəmiyyət

`Araz` dövlətdən oğurlamaqda davam edir… – BUNUN BAŞQA ADI YOXDUR…

Ölkənin ən iri market şəbəkələrindən biri olan `Araz` supermarketi müştərilərdə narazılıq yaratmaqda davam edir. DİA.AZ olaraq bu qəbildən onlarla vətəndaş gileyini təqdim etsək də, görünəni odur ki, “Araz” supermarketlər şəbəkəsi hansısa tədbiri görməkdə maraqlı deyil.

Qeyd edək ki, bu şikayətlər içində ən çox müşahidə olunanı sözügedən marketlər şəbəkəsinin müştəriyə verdiyi çeklərin etibarlı olmaması ilə bağlıdır. Bu da o deməkdir ki, “Araz” SŞ təkcə müştəriləri yox, həm də dövləti aldadır…

Növbəti vətəndaş şikayətini təqdim edirik.

`Araz` dövlətdən oğurlamaqda davam edir...

“Müştərinin Səsi” sosial qrupundakı paylaşımında Mayiz Nağıyev adlı istifadəçi yazır: “`Araz` Supermarketinin İnşaatçılar filialına xitab edirəm. Təqdim etdiyiniz kassa çekiniz bu vəziyyətdədir.

Nə QR kod oxunur, nə də Fiskal İD rəqəmlər normal görsənir”.

`Araz` dövlətdən oğurlamaqda davam edir...

Qeyd edək ki, daha bibarıçı vəziyyət “Araz” marketin yeni açılan Şıxov filialında müşahidə olunur. Həmin filialın kassa çekləri ümumiyyətlə etibarsızdır…

Məsələ ilə bağlı Zirveyolu.info olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir