Gənclər və idman naziri Fərid Qayıbov İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş katibi Rəsul Ömərovu qəbul edib.
“Zirvə yolu” Nazirlikdən verilən məlumata görə xəbər verir ki, qonağı salamlayan nazir onu növbəti dəfə Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.
Görüşdə təşkilatla ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib və gənclər siyasəti mövzusunda fikir mübadiləsi aparılıb.
Rəsul Ömərov səmimi qəbula görə minnətdarlıq edib.