Manşet Siyasət

Türkiyəli mütəxəssislər FHN-də tibb heyəti üçün təlim keçib

Türkiyəli mütəxəssislər Fövqəladə Hallar Nazirliyində (FHN) tibb heyəti üçün təlim keçib.

“Zirvə yolu” xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Belə ki, Türkiyə Səhiyyə Nazirliyinin Milli Tibbi Xilasetmə Dəstəsi (UMKE) və Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığın davamı olaraq FHN-in bir qrup tibbi heyəti, Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin nümayəndələri üçün UMKE mütəxəssisləri tərəfindən ölkəmizdə növbəti təlim keçirilib.

Tədbirin açılış mərasimində UMKE Təlim üzrə idarə rəisi Mustafa Uras, FHN Baş Əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev, FHN Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisininin nümayəndəsi Cəvahir Süleymanova və Cənubi Qafqaz üzrə nümayəndəsi Nuran Higgins çıxış edərək içtirakçılara uğurlar arzulayıb, təlimin prioritetləri və gələcək əməkdaşlıq barədə məlumat veriblər.

Açılış mərasimindən sonra təlimə start verilib.

Təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Təlimin nəzəri hissəsində türkiyəli mütəxəssislər məşğələlər formasında bilik və bacarıqlarını azərbaycanlı həmkarları ilə bölüşüblər.

FHN-in Mülki müdafiə qoşunlarının Təlim poliqonunda keçirilən təlimin praktiki hissəsində tibb heyətinə dağıntı və sair fövqəladə hallar zamanı zərərçəkmişlərə ilkin tibbi müdaxilə və yaradılmış səhra xəstəxanalarında əməliyyat barədə praktiki biliklər verilib.

Təlimin bağlanış mərasimi Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Təlim poliqonunda baş tutub.

Mərasim zamanı iştirakçı tibbi heyət müvafiq sertifikatlarla mükafatlandırılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir