İdman

Türkiyə klubu “Qarabağ”ın legionerini almaqdan imtina edib

Türkiyənin “Rizespor” klubu “Qarabağ”ın futbolçusu Kevin Medinanın transferindən imtina edib.

“Zirvə yolu” “Ajansspor”a istinadən xəbər verir ki, Superliqa təmsilçisi 30 yaşlı müdafiəçinin prosesi uzatması səbəbindən bu addımı atıb.

Qeyd edək ki, daha əvvəl kolumbiyalı oyunçunun Qara dəniz təmsilçisi ilə anlaşdığı bildirilib. Medinanın “köhlən atlar”la müqaviləsinin müddəti 2024-cü ilin yayınadək qüvvədədir. O, 2020-ci ildən “Qarabağ”ın formasını geyinir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir