Hərb Manşet

ASELSAN IDEF-2023-də aviasiya vasitələri üçün yeni sistemlərini sərgiləyib

ASELSAN IDEF-2023-də aviasiya vasitələri üçün yeni sistemlərini sərgiləyib.

ASELSAN şirkəti hava platformaları üçün hazırladığı yeni məhsullarını IDEF-2023 sərgisində təqdim edib. Onların sırasına radar, elektron müharibə, avasiya bombaları üçün tuşlama dəsti və digər sistemlər daxildir.

Həmin sistemlər aşağıdakılardır:

• IFF Sorğulayıcı/Cavablayıcı;

• ASELFLIR-500 kəşfiyyat, müşahidə və hədəfləmə sistemi;

• AMİR-100C qəzaya dayanıqlı missiya datalarının qeyd cihazı ;

• Bələdçi məhsul ailəsi;

• Qırıcılar üçün nəzərdə tutulan AESA radarı;

• LGK-83 lazer tuşlama dəsti;

• SADAK-2MK ağıllı xarici asqı sistemi.

ASELSAN-ın ASELFLIR-500 kəşfiyyat, müşahidə və hədəfləmə sistemi PUA-lardan döyüş təyyarələrinə qədər müxtəlif hava platformalarına quraşdırıla bilər. Yüksək performanslı kamerası ilə istifadəçiyə lazımi müşahidələrin, kəşfiyyat işlərinin aparılmasında üstün bacarıqlar verir. Çəkisi 57 kq olan ASELFLIR-500 25 kilometrə qədər mənzildə lazer ilə məsafəölçmək imkanı və 360 dərəcə bucaq altında fırlanma qabiliyyəti təmin edir.

Şirkət tərəfindən hazırlanan AMİR-100C qəzaya dayanıqlı missiya datalarının qeyd cihazı uçuş anında video, səs və uçuş məlumatlarını sıxışdırıb qeyd edir. O, qeydə alınmış məlumatları Toqquşmaya Dayanıqlı Yaddaş Bölməsində saxlamaqla, toplanan dataların qəza zamanı baş verə biləcək mənfi və sərt təzyiqlərin təsirinə qalmamasını təmin edir. “Underwater Transmitter” (ULB) sayəsində qəzadan sonra suyun altında siqnal göndərməklə AMIR-100C-nin yerini müəyyən etmək mümkündür. SADAK-2MK hava platformalarının istifadə etdiyi Mk-82/83 aviasiya bombalarının döyüş təyyarələri və pilotsuz uçuş aparatları tərəfindən daha çox daşına bilməsinə imkan verən ağıllı asqı sistemidir. O, HGK, KGK, LGK və TEBER tuşlama dəstləri ilə təchiz olunan ümumilikdə iki ədəd aviasiya bombasının daşınmasını və atılmasını təmin edir. Asqı sistemi əsasən F-16, KAAN, “Hürjet” qırıcılarının, ANKA-3, “Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarələrinin və “Akıncı” PUA-nın istifadəsi üçün nəzərdə tutulub. 40 min fit yüksəklikdə xidmət göstərə bilən SADAK-2MK asqı sisteminin kütləsi 140 kiloqramdır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir