Cəmiyyət

Külli miqdarda vergi borcu olan şirkət Sumqayıt şəhər İcra Hakimiyyətinin də tenderinin qalibi seçilibmiş – 777 min manatı ötdü

Xəbər verdiyimiz kimi, külli miqdarda vergi borcu olan “UĞURLU İNŞAAT” MMC Laçın Rayon İcra Hakimiyyəti Başçısı Aqil Nəzərlinin Qayğı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin “QAYĞI QƏSƏBƏSİNDƏ İŞIQLANDIRMA İŞLƏRİ”nin satın alınması ilə bağlı elan etdiyi tenderdə qalib seçilib.

32gun.az-a daxil olan məlumata görə, şirkətin borcu daha da artıb.

Belə ki, bir neçə gün öncə “UĞURLU İNŞAAT” MMC-nin vergi borcu 521 min 800 manat 41 qəpik təşkil edirdisə, hazırda şirkətin borcu 777 min 784 manat 4 qəpikdir.

Saytımıza məlum olub ki, “UĞURLU İNŞAAT” MMC bir nəçə gün öncə Sumqayıt şəhər İcra Hakimiyyətinin də “Sumqayıt şəhərində mikrorayon – məhəllədaxili yolların asfalt örtüyünün və şəhərin küçə, prospektlərində yarasız yağışqəbuledici və kanalizasiya quyularının əsaslı təmirinin satın alınması” ilə bağlı tenderində qalib seçilib.

Zakir Fərəcovun rəhbəri olduğu Sumqayıt şəhər İcra Hakimiyyəti ilə adıçəkilən şirkət arasında 613.132,13 AZN-lik müqavilə imzalanıb.

Qeyd edək ki, Laçın Rayon İcra Hakimiyyəti Başçısı Aqil Nəzərlinin Qayğı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əsədullayev Mehti Məjnun oğludur.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir. 32gun.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir